BP və ARDNŞ görüləcək işləri müəyyənləşdiriblər
Ötən həftə Londonda keçirilmiş görüşlərin davamı olaraq BP rəhbərliyinin hasilat, işlənmə, strategiya və inteqrasiya bölümlərini təmsil edən bir qrup yüksək vəzifəli şəxs Bakıya 3 günlük işgüzar səfər edib.
BP şirkətinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd Azəri-Çıraq-Günəşli (AÇG) hasilatı ilə bağlı məsələlərin müzakirəsini davam etdirmək, həmçinin BP-nin region üzrə gələcək planlarını nəzərdən keçirmək olub. Səfər zamanı Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbərliyi ilə görüş, həmçinin BP-nin regional rəhbərliyi və işçi heyəti ilə bir sıra görüşlər keçirilib.
BP-nin işlənmələr üzrə icraçı vitse-prezidenti Bernard Luni bildirib ki, keçirilmiş görüşlərin hər biri əhəmiyyətli olub: “Bu görüşlər qarşıda duran vəzifələrimizi əks etdirən işlərin müəyyənləşdirilməsinə kömək etdi. Mən ARDNŞ-nin rəhbərliyinə göstərdikləri əməkdaşlığa və AÇG hasilatı ilə bağlı məsələlərin Azərbaycan xalqının və bizim tərəfdaşların mənafeyi üçün çözülməsində bizimlə birlikdə işləmək niyyətlərinə görə təşəkkür edirəm. Təbii, onlar da istəyirlər ki, bizim işlərimiz uğurlu olsun və biz birlikdə Azərbaycanda dünya səviyyəli biznesimizə davam etmək üçün düzgün tədbirlər həyata keçirməkdə uğurlu olacağıq”.
Bakıdakı görüşlər məxsusi olaraq AÇG hasilatı ilə bağlı məsələlərin çözülməsi üçün tədbirlər kursu müəyyənləşdirməyə yönəlib.
“Qazma əməliyyatlarımız da daxil olmaqla iş icramızı bundan sonra da intensivləşdirmək və əsas diqqəti işlərin təhlükəsiz şəkildə aparılmasına yönəltməklə hasilatı maksimallaşdırmaq üçün prioritetlərimiz və həyata keçirəcəyimiz tədbirlər bizə aydındır. Biz AÇG hasilatı ilə bağlı məsələlərin həll edilməsində israrlıyıq və bunu mümkün qədər tez etmək üçün BP-nin bütün dünya üzrə ən yaxşı resurslarını buraya gətirəcəyik”. Bu fikirlər isə BP-nin hasilat üzrə icraçı vitse-prezidenti Bob Frayara məxsusdur.
“Onu da vurğulamaq istərdim ki, AÇG üzrə tərəfdaşlığımız ötən 18 il ərzində çox uğurlu olub. İndi isə qarşımızda bir çözüləsi məsələ durur və biz ARDNŞ, Azərbaycan hökuməti və tərəfdaşlarımızla birlikdə işləyərək onu mümkün qədər tez yoluna qoymaqda israrlıyıq”.

Oxşar yazılar

Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13
"Azercell" telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
8 iyul 2025 , 10:17
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39