Hindistanın Milli Neft Şirkəti Bakıda ofis açacaq
Oktyabrın 23-də ARDNŞ-in prezidenti Rövnəq Abdullayev ilə ABŞ-ın “Hess” Korporasiyasının və Hindistanın Milli Neft Şirkətinin nümayəndələri arasında görüş olub. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “Hess” Korporasiyasının icraçı vitse-prezidenti, eyni zamanda şirkətin kəşfiyyat və hasilat bölməsinin prezidenti Qreq Hill Azərbaycan və SOCAR ilə uzun müddət səmərəli əməkdaşlıq şəraitində çalışdıqlarını və bundan məmnun qaldıqlarını söyləyib.
O, Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayıb və respublikamızda çalışdıqları müddətdə bu inkişaf prosesinə öz töhfələrini verməkdən şad olduqlarını, ötən dövrdə SOCAR-ın göstərdiyi dəstəyə görə ARDNŞ prezidentinə təşəkkürünü bildirib. Hindistanın Milli Neft Şirkətinin idarəedici direktoru D.K.Sarraf yaxın müddətdə ARDNŞ ilə əməkdaşlığa başlayacaqlarına və bu tərəfdaşlığın hər iki ölkə üçün məhsuldar olacağına əminliyini ifadə edib. Azərbaycanda xarici sərmayədarların fəaliyyəti üçün əlverişli imkanlar yaradıldığını vurğulayan qonaq yaxın zamanlarda Bakıda öz ofislərini açacaqlarını, SOCAR ilə birgə fəaliyyətin iki xalqın rifahına xidmət edəcəyini söyləyib.
ARDNŞ prezidenti Rövnəq Abdullayev uzunmüddətli əməkdaşlığa görə ABŞ-ın “Hess” şirkətinə təşəkkürünü bildirib, hər iki şirkətə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Oxşar yazılar

Unibankın İdarə Heyəti yenidən formalaşdırılıb
8 iyul 2025 , 15:09
Qaz və elektrik enerjisi ilə bağlı yeni qiymətlər
8 iyul 2025 , 11:45
“Azərlotereya Şans Karvanı” ölkə boyu yola çıxır
8 iyul 2025 , 11:13
"Azercell" telekommunikasiya və texnologiya şirkətlərinin qlobal alyansına qoşuldu
8 iyul 2025 , 10:17
“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39