Bərdəyə 5 milyon ayırdı
08 oktyabr 2012 19:18 (UTC +04:00)

Bərdəyə 5 milyon ayırdı

Lent.az-ın AzərTAc-a istinadən verdiyi xəbərə görə, sərəncama əsasən, rayonda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə “Azərbaycan Respublikası regionlarının 2009–2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində müəyyən edilmiş tədbirlərin səmərəli həyata keçirilməsi, Bərdə rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Bərdə rayon İcra Hakimiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılıb.

Sərəncamda Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
# 1171

Oxşar yazılar