(R) Bakıda yeni restoranlar şəbəkəsi açıldı
26 sentyabr 2012 11:22 (UTC +04:00)

(R) Bakıda yeni restoranlar şəbəkəsi açıldı

“Səba” brendi yeni restoranlar şəbəkəsinin əsasını qoyub. “Al chicken” adlanan şəbəkənin ilk restoranı Bakının mərkəzində, Nizami küçəsində açılıb. Restoran müştərilərinə yalnız “Səba” toyuqlarından yeməklər təqdim edir. Təbii yemlərlə bəslənən, halal “Səba” toyuqlarından hazırlanan menyusuna güvənərək, “Al chicken” ölkədə restoran bazarında birincilik uğrunda mübarizəyə başlayır.
“Əminik ki, “Səba” toyuqlarının öz dadı və yüksək keyfiyyəti ilə qazandığı nüfuz və etibar “Al chiken”i dadlı yeməyi sevənlərin sevimli məkanına çevirəcək. “Təbiətdən mətbəxə” şüarımıza sadiq qalaraq indi də yetişdirdiyimiz toyuqları öz mətbəximizdən təqdim edirik” – “Səba” İstehsalat müəssisəsinin direktoru Zakir Əzimov belə bildirib.
“Al chicken” yaxın 3 il ərzində böyük bir şəbəkəyə çevrilməyi qarşısına hədəf qoyub. Bu müddətdə Bakıda və Azərbaycanın digər regionlarında 10 “Al chicken” restoranı müştərilərin istifadəsinə veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4677

Oxşar yazılar