Azərbaycanda hər nəfərə düşən gəlir 284 manatı keçib
Bu ilin yanvar-iyul ayları ərzində əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,9 faiz artaraq 18,2 milyard manata çatıb.
Lent.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, gəlirlərin hər nəfərə düşən həcmi orta hesabla 1992,8 manat və ya ayda 284,7 manat təşkil edib.
Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 10,3 faiz bəndi üstələyərək 12,3 faiz olub. Gəlirlərin 63,2 faizi son istehlaka, 8,8 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,8 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 26,2 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib. Əhalinin sərəncamında qalan gəlir 16,6 milyard manat təşkil edib və əvvəlki ildəkinə nisbətən 14,2 faiz artıb.

1230