"Xəstəxanada meydandakından daha çox vaxt keçirib" -  Baş məşqçi
12 avqust 2022 19:29 (UTC +04:00)

"Xəstəxanada meydandakından daha çox vaxt keçirib" - Baş məşqçi

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin durumu klubu Zaqreb “Dinamo”sunu narahat edir.

Apasport.az saytının Xorvatiya mətbuatına istinadən məlumatına görə, rəhbərlik bəzi ön xətt oyunçularının performansından narazıdır ki, onlardan biri də Emrelidir.

Yerli KİV baş məşqçi Ante Çaçiçin ən çox Bruno Petkoviçin durumundan şikayətləndiyini yazıb. Xorvatiya millisinin forvardı artıq əsas heyətdəki yerini də itirib. Petkoviçin oyununda eniş yaşanırsa, Mahir Emrelinin tez-tez zədələnməsi problemə çevrilib. Həmkarlarımız 25 yaşlı forvardla bağlı bu qeydləri aparıb: “Mahir Emreli bir neçə matçda keyfiyyətini və qol vurmaq bacarığına malik olduğunu göstərdi. Ancaq “Dinamo”ya gələndən bəri xəstəxanada meydandakından daha çox vaxt keçirib. Belə bir vəziyyətdə hücum xəttindəki rəqabət də azalır. Bu baxımdan Petkoviç hələ də komandaya lazımdır”.

Qeyd edək ki, bu mövsüm “Dinamo”nun heyətində cəmi 2 oyun keçirən Mahir Emreli aktivinə 1 qol yazdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3546
avatar

Oxşar yazılar