Yığmamızın oyunçusu “Qalatasaray”la müqavilə bağladı
03 avqust 2016 19:30 (UTC +04:00)

Yığmamızın oyunçusu “Qalatasaray”la müqavilə bağladı

0

Azərbaycan millisinin basketbolçusu Orxan Aydın özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, 27 yaşlı həmyerlimiz karyerasını “Qalatasaray” klubunda davam etdirəcək.

 

İstanbul təmsilçisi ilə danışıqları müsbət yekunlaşdıran Orxan artıq 1 illik rəsmi müqaviləyə də imza atıb.

 

Qeyd edək ki, klub karyerası Türkiyə ilə bağlı olan 203 sm boya malik basketbolçu son mövsümü “Acıbadem Universiteti”ndə keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 291

Oxşar yazılar