Daha bir ulduz futbolçu yığma karyerasını bitirib. Apasport.az saytının məlumatına görə, “Arsenal”ın qapıçısı Petr Çex də milli ilə vidalaşıb.
O, Çexiya yığmasındakı karyerasını başa çatdırdığını açıqlayıb. Məlumatı ölkənin futbol federasiyasının rəsmi saytı da təsdiqləyib.
Qeyd edək ki, Çexiya yığmasında 2002-ci ildə debüt edən Çex millidə 124 oyun keçirib.