İyulun 10-da kişi tennisçilər arasında Uimbldon turnirinin qalibi müəyyənləşib.
Lent.az-ın “azərtac”-a istinadən xəbərinə görə, britaniyalı tennisçi Endi Marey finalda kanadalı Miloş Raoniçi 3 setdə (6-4, 7-6 (7/3), 7-6 (7/2)) məğlub edərək ikinci dəfə bu turnirin qalibi olub.
Qeyd edək ki, bu, Endi Mareyin 2010-ci ildə “ABŞ Open” və 2013-cu ildə Uimbldon turnirlərindəki qalibiyyətindən sonra üçüncü belə uğurudur.