Samuel Eto qalmaqala səbəb oldu
09 avqust 2016 01:34 (UTC +04:00)

Samuel Eto qalmaqala səbəb oldu

“Antalyaspor” “Beşiktaş”dan şikayət etməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, bu barədə klubdan açıqlama verilib.

 

Belə ki, Super Liqa təmsilçisi ötən ilin çempionu “Beşiktaş”ın prezidenti Fikrət Ormanın Samuel Eto haqqında işlətdiyi fikirlərin qeyri-etik olduğunu düşünür.

 

Bir neçə gün əvvəl “qara qartallar”ın prezidenti açıqlamasında kamerunlu hücumçunun “Beşiktaş”da oynamaq istədiyini və onunla danışıq apardıqlarını bildirmişdi.

 

“Antalyaspor” tərəfi isə müqavilə ilə onlara məxsus olan bir oyunçunun adının bu şəkildə hallandırılmasını qəbul edə bilmir.

 

Bu səbəbdən artıq Türkiyə Futbol Federasiyası Nizam İntizam Komitəsinə şikayət edən klub rəhbərliyi lazım olsa, hüquqi prosesə belə baş vuracaqlarını bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 274
avatar

Oxşar yazılar