Rüstəm Orucov: “Medallarımız çox olacaq ”
09 avqust 2016 02:12 (UTC +04:00)

Rüstəm Orucov: “Medallarımız çox olacaq ”

“Rioda Azərbaycana ilk medalı qazandırdığıma görə çox sevinirəm. Hələ burada medallarımız çox olacaq”.

 

Apasport.az saytının məlumatına görə, bu sözləri Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş medalçısı Rüstəm Orucov deyib.

 

Olimpiadada Azərbaycana ilk medalı qazandıran cüdoçumuz uğurunu belə şərh edib: “Görüşlərimin hamısı çətin oldu. 1/4 finalda macarı deyil, özbək idmançını gözləyirdim. Amma bu, Olimpiadadır. Bu gün kim yaxşı hazırdısa, o da irəli gedir. Finalda da qələbə əzmində idim, amma yapon rəqibim çox güclü idi. Qarşıda yenə olimpiada var. Gümüşü qızıla çevirmək üçün var gücümlə çalışacam. Doğma Azərbaycanda hər kəsə, evdəkilərə, anama buradan salam deyirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 269
avatar

Oxşar yazılar