"Real"ın futbolçusu Kriştiano Ronaldo haqda növbəti iddia yayılıb.
Qol.az-ın "Daily Record"a istinadən yaydığı xəbərə görə, portuqaliyalı hücumçunun klub rəhbərliyindən gələn yay onu satmağı xahiş etdiyi yazılıb. Bundan başqa, Ronaldo ona 100 milyon avrodan yuxarı qiymət qoyulmamasını istəyib. Xəbərdə bildirilib ki, hazırda K.Ronaldo ilə klub prezidenti Florentino Peres arasında münasibətlər yaxşı deyil, son zamanlar hətta onlar danışmırlar.
Qeyd edək ki, K.Ronaldo ilə "Mançester Yunayted" və PSJ-in maraqlandığı iddia edilir.