
Ronaldo "Yuventus"da bu mövqedə oynayacaq
0
0
“Yuventus”un yeni transferi Kriştianu Ronaldonun yeni komandasında hansı mövqedə oynayacağına aydınlıq gəlib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bunu Turin klubunun baş məşqçisi Massimiliano Alleqri açıqlayıb.
O bildirib ki, portuqaliyalı superulduz “qoca sinyora”da da “Real”da oynadığı mövqedə çıxış edəcək: “Ronaldo hücum “trio”sunda, “Real”da öyrəşdiyi mövqedə oynayacaq. Eyni zamanda qollar vurmaqda da davam edəcək”.
Qeyd edək ki, bu yay “Yuventus”a keçən Kriştianu Ronaldo İtaliya çempionu ilə 4 illik müqavilə bağlayıb.
0
0