“Real”ın hücumçusu Kriştianu Ronaldo növbəti dəfə xeyirxah addım atıb.
Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, ulduz futbolçu bu dəfə Portuqaliya-İspaniya sərhədində baş vermiş yanğından xəsarət alan insanlara yardım edib.
Bu haqda Ronaldonun bacısı Katya Aveyru Feysbukda yazıb. O bildirib ki, Kriştianu 370 nəfərə göstərilən tibbi xidmətin haqqını ödəyib.
Qeyd edək ki, 2 dövlət arasındakı yanğın zamanı 45 nəfər həyatını itirib.