Bu gün Rio Olimpiadasına rəsmən start verilib. Apasport.az saytının məlumatına görə, yarışa 56 atletlə yollanan Azərbaycan yığmasının heyətində ilk gündə mübarizəyə 1 idmançı qoşulub.
Bu, kamandan oxatanımız Olqa Senyukdu. Milliləşdirilmiş 25 yaşlı idmançı B qrupunda hədəf önünə keçib. O, 623 xal toplayaraq 37-ci yerdə qərarlaşıb.
Sıralama baxımından əhəmiyyət kəsb edən yarışda atletlər topladıqları xala uyğun avqustun 8-də baş tutacaq 1/32 final üçün yerlərini müəyyənləşdiriblər.
Yarışın mükafatçıları avqustun 11-də bilinəcək.