Dünya klubları transferə bir aya 1,3 milyard dollar xərclədi
16 fevral 2018 17:57 (UTC +04:00)

Dünya klubları transferə bir aya 1,3 milyard dollar xərclədi

0

Dünya klublarının qış pəncərəsində transferə xərclədikləri vəsaitin məbləği açıqlanıb.

Lent.az qol.az-a  istinadən xəbər verir ki, FİFA-nın hesabatına əsasən, komandalar heyətlərini gücləndirmək üçün ümumilikdə 3317 transferə 1,28 milyard dollar pul xərcləyiblər.

Bunun təxminən 1 milyard dollara yaxını “Böyük beşlik” təmsilçiləri - İngiltərə, Almaniya, İtaliya, Fransa və İspaniya klublarının payına düşür. Onların qış  transfer  xərcləri 979,1 milyon dollar təşkil edir ki, bu da 2017-ci ilin yanvar ayı ilə müqayisədə 70,6 faiz çoxdur.

Hazırkı göstərici yay transfer pəncərəsində klubların heyətlərini gücləndirmək üçün daha çox pul xərcləyəcəklərindən xəbər verir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 326

Oxşar yazılar