İsveçin AİK futbol komandasının qapıçısı İvan Turina mayın 2-də səhər saatlarında öz yatağından ölü tapılıb. Lent.az-ın məlumatına görə, 32 yaşlı qolkiperin yuxuda ürəyi dayanıb.
Əvvəllər xorvatiyalı oyunçuya ürək çatışmazlığı diaqnozu qoyulub. Lakin ölümün səbəbi yarılmadan sonra müəyyənləşəcək.
Qeyd edək ki, İvan Turina AİK-də 2010-cu ildən çıxış edirdi.