Skandinaviya turnesinə hazırlaşan “Arsenal” ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, londonlular şimalda keçirdəcəkləri hazırlıq oyunlarında və məşqlərdə gənc futbolçu Cek Uilşirin xidmətindən yararlana bilməyəcəklər.
Bu müddətdə Norveç təmsilçisi “Vikinq”lə avqustun 5-də və “Mançester Siti” ilə avqustun 7-də İsveçin Göteborq şəhərində baş tutacaq oyunlarda İngiltərə millisinin üzvü çıxış etməyəcək. Onun hətta Premyer Liqanın ilk turu çərçivəsində avqustun 14-dəki “Liverpulla” oyunda meydana çıxması da sual altındadı.
Qeyd edək ki, “topçular”ın heyətində ABŞ turnesində iştirak etməyən Aaron Remsi və Aleksis Sançes artıq komandaya qoşulub.