“Qalatasaray”ın və Kolumbiya milli komandasının keçmiş qapıçısı Ali Farid Mondraqon intihara təşəbbüs edib.
Apasport.az saytının xarici KİV-ə istinadən məlumatına görə, keçmiş futbolçu təcili xəstəxanaya çatdırılıb.
Həyat yoldaşından ayrıldığı üçün yüksək dozada sakitləşdirici preparat qəbul edərək, həyatına qəsd edən kolumbiyalının vəziyyətinin yaxşı olduğu bildirilib.
“Le Equipe”in iddiasına görə, həyati təhlükəsi qalmayan qapıçı yerli klinikaların birinə yerləşdirilib.