Məşhur rusiyalı tennisçi Mariya Şarapova orqanizmində istifadəsi qadağan olunmuş preparatın aşkar edilməsini bəyan edib.
APA-nın “Sport-Ekspress”-ə istinadən verdiyi xəbərə görə, bu barədə M.Şarapova keçirdiyi mətbuat-konfransında bildirib.
“Beynəlxalq Tennis Federasiyasından məktub almışam. Məktubda bildirilir ki, “Australian Open” turnirində götürülən dopinq-test müsbət nəticə verib”, deyə M.Şarapova qeyd edib.
Məşhur tennisçinin orqanizmində 2016-cı iin yanvarında qadağan edilən meldoniy preparatı aşkar edilib. Mariya Şarapova bildirib ki, 10 il ərzində adı çəkilən preparatı qəbul edib.