Almaniyalı futbolçu Bastian Şvaynştayger yığma komandadkı karyerasını başa vurduğunu açıqlayıb. Lent.az-ın məlumatına görə, “Mançester Yunayted”in 31 yaşlı yarımmüdafiəçisi twitter səhifəsində yığmanın rəhbərliyinə müraciət edərək onu bir daha milliyə çağırmamaqlarını xahiş edib.
Qeyd edək ki, Şvaynştayger 2004-cü ildən oynadığı komandada 120 matçda 24 qol vurub. Futbolçu 12 il ərzində dünya çempionu, mundialın iki dəfə bürünc medalçısı, “Avro-2008”in gümüş mükafatçısı olub.