İvan Rakitiç: “Söz tapa bilmirəm”
17 iyun 2016 23:32 (UTC +04:00)

İvan Rakitiç: “Söz tapa bilmirəm”

0

 “Azarkeşlərimizin hərəkətləri əsl biabırçılıq idi. Söz tapa bilmirəm”.

 

Apasport.az saytının məlumatına görə, bu sözləri Xorvatiya millisinin futbolçusu İvan Rakitiç deyib.

 

AÇ-2016-nın qrup mərhələsinin ikinci turu çərçivəsində Çexiya ilə qarşılaşan balkanlıların ulduz futboçusu matçın gedişində meydana məşəllər ataraq oyunu dayandıran azarkeşləri qınayıb.

 

O, görüş haqqında da danışıb: “Oyuna gəlincə isə, bizdən Çexiyadan daha yaxşı idik. Heç-heçəyə görə təəssüflənirik. Gələn oyun lazımı nəticəni qazanacağıq”.

 

Qeyd edək ki, matç zamanı baş vermiş insidentlərlə əlaqədar UEFA inzibati iş qaldıracaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 421

Oxşar yazılar