Bu gün Türkiyə superliqasında İstanbul derbisi keçirilib.
Qol.az-ın xəbərinə görə, lider “Qalatasaray” əzəli rəqibi “Fənərbaxça”nı qəbul edib. FİFA referisi Cüneyt Çakırın idarə etdiyi qarşılaşma 0:0 ilə nəticələnib. 73-cü dəqiqədə "Qalatasaray"dan Belhanda ikinci sarı vərəqə (qırmızı vərəqə) alaraq meydandan qovulub.
9 turdan sonra 23 xalı olan “Qalatasaray” liderliyini qoruyur. “Fənərbaxça” 15 xalla 6-cı yerdədir.