“Mançester Yunyated”in isveçli ulduzu Zlatan İbrahimoviç yenidən zədələnib. Apasport.az saytının məlumatına görə, bu barədə “Sauthempton”la oyundan sonra baş məşqçi Joze Mourinyo açıqlama verib.
O, İbranın məhz zədə səbəbində bu qarşılaşmada forma geymədiyini bildirib. Mourinyo qeyd edib ki, Zlatan yenə dizindən xəsarət alıb və yaşıl meydanlara növbəti dönüşü bir ay çəkəcək.
Qeyd edək ki, dizindən aldığı zədə səbəbindən 9 ay futboldan uzaqda qalan İbrahimoviç noyabrda yenidən oynamağa başlamışdı.