“Qalatasaray” klubu əfsanəvi futbolçusu Hakan Şükürü üzvlükdən qovmağa hazırlaşır. Lent.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Şükür klubdan "üz qızardıcı səbəbə görə" qovulacaq. Qərar 1 ay ərzində klubun idarə heyətində müzakirəyə çıxarılıb, səs çoxluğu ilə qəbul edilməlidir.
Qeyd edək ki, H.Şükürün Fətullah Gülən Hərəkatına üzv olmaq və hərəkatın əməllərinə haqq qazandırmaqda ittiham olunur.