Fransada ilin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, nüfuzlu “France Football” nəşrinin keçirdiyi sorğu nəticələri açıqlanıb.
Səsvermədə “Çelsi”nin yarımmüdafiəçi Nqolo Kante 92 səslə hər kəsi qabaqlayıb. Ondan cəmi 5 səs az yığan Kilian Mbappe ikinci olub. Üçüncü Karim Benzema isə 52 adamın etimadını qazanıb.
Qeyd edək ki, dayaq yarımmüdafiəçisi ötən mövsüm də İngiltərə Premyer Liqasının ən yaxşısı olmuşdu.