Fransada azarkeşlər arasında yenə dava düşdü
22 iyun 2016 00:15 (UTC +04:00)

Fransada azarkeşlər arasında yenə dava düşdü

0

Marseldə AVRO-2016 çərçivəsində Ukrayna-Polşa matçından öncə futbol azarkeşləri arasında toqquşma baş verib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə yerində olan polis qüvvələri qarşıdurmanın daha geniş vüsət almasının qarşısını alıblar.

 

Məlumata görə, toqquşma qəfil baş verib, bir neçə azarkeş saxlanılıb, daha aqressiv fanatlara qarşı su şırnaqlarından istifadə olunub.  

   

Qeyd edək ki Ukrayna-Polşa matçı polyakların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Polşa millisi AVRO-2016-nın “pley off” mərhələsinə özünə vəsiqə təmin edib. Ukrayna millisi mübarizəni dayandırıb.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 293

Oxşar yazılar