AÇ-2016-nın final matçının ən yaxşısı müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, Portuqaliya – Fransa oyununun ən yaxşısını azarkeşlər seçiblər.
UEFA-nın saytında keçirilən sorğunun qalibi çempionun – Portuqaliyanın müdafiəçisi Pepe olub.
Qarşılaşmanın başlama saatına qədər oynayıb-oynamayacağı şübhə altında olan futbolçu görüşü yüksək səviyyədə keçirərək, komandasının çempionluğunda önəmli rol oynayıb.