Qol güləşi üzrə Ölkə Kuboku yarışı keçirilib.
Lent.az-ın məlumatına görə, 19 komanda və 200-ə yaxın idmançının iştirak etdiyi yarışda Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun əməkdaşı daxili xidmət baş leytenatı Rəşad Kəsəmənli də iştirak edib. O, sol qolda bütün idmançılara qalib gələrək 1-ci yerə, sağ qolda isə 2 ci yerə layiq görülüb. Dekabrın 26-da FHN-in İdman-sağlamlıq klubunda idmançı ilə görüş keçirilib. İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev qalibi təbrik edərək idmaçıya beynəlxalq yarışlarda da uğurlar arzulayıb.