Boksçularımız Avropa birinciliyindən 6 medalla qayıdır
08 noyabr 2014 23:38 (UTC +04:00)

Boksçularımız Avropa birinciliyindən 6 medalla qayıdır

Rusiyanın Anapa şəhərində boks üzrə yeniyetmələr arasında Avropa birinciliyinə yekun vurulub.  Apasport.az-ın  xəbərinə görə, yarışa 13 idmançı ilə qatılan Azərbaycan millisi 1 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.

 

Belə ki, 46 kq çəki dərəcəsində mübarizə aparan Ruslan Rüstəmov finalda ukraynalı Oleq Çulyaçetyev üzərində qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

 

57 kq çəki dərəcəsində çıxış edən Bəxtiyar Qazıbəyov yalnız həlledici görüşdə Rusiya boksçusu Anatoli Jirnova uduzaraq, 2-ci yerə layiq görülüb.

 

Pərviz Quliyev (63 kq), Rasim Çobanlı (70 kq), Hacı Diıbazov (75 kq) və Məhəmməd Abdullayev (80+kq) 3-cü yerlə kifayətləniblər.

 

Qeyd edək ki, Avropa birinciliyində 33 ölkənin 254 boksçusu gücünü sınayıb. Ümumkomanda hesabında Rusiya 1-ci, Ukrayna 2-ci, Azərbaycan isə 3-cü yeri tutub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 865
avatar

Oxşar yazılar