BMT baş katibi Pan Qi Mun Rio-de-Janeyroda Olimpiya məşəli estafetinin sonuncu mərhələsində iştirak edib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin nümayəndəsi Fərhan Haq bildirib.
Onun sözlərinə görə, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxdan estafeti alan Pan Qi Mun məşəl ilə 100 m qət edərək onu 15 yaşlı həndbolçu Taiza Vitoriya da Silvaya verib.
Bu gecə Pan Qi Mun Rio-de- Janeyroda XXXI Yay Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək.