
Bakıda “Böyük Dəbilqə”yə start verildi
Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turnirin start götürüb.
ONA-nın məlumatına görə, 3 gün davam edəcək yarışda Azərbaycan yığması 15 qadın və 28 kişi idmançı ilə mübarizə aparacaq.
Turnirin proqrama əsasən, bu gün qadınlar 48 kq, 52 kq və 57 kq, kişilər 60 kq və 66 kq, mayın 11-də qadınlar 63 kq və 70 kq, kişilər 73 kq və 81 kq, son gündə isə qadınlar 78 kq və 78 kq-dan yuxarı, kişilər 90 kq, 100 kq və 100 kq-dan yuxarı çəki dərəcələrində qüvvələrini sınayacaqlar.
“Böyük Dəbilqə”yə ümumilikdə 56 ölkədən 431 cüdoçu qatılıb. Onlardan 256-sı kişi, 175-i qadındır. Yarış 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları verir. Heydər Əliyev adına İdman Sarayında baş tutacaq Böyük Dəbilqənin təntənəli açılış mərasimi bu gün saat 16:00-da başlanacaq.
Oxşar yazılar

“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59
“Arsenal”ın böyük yay həftəsi: 150 milyon xərcləmə planı
14 iyul 2025 , 18:06
PSJ-nin müdafiəçisi klubdan getmək istədiyini AÇIQLADI
14 iyul 2025 , 16:37
"Mançester Yunayted" qapıçı böhranı astanasında - zədəli Onananın yerinə beş namizəd
14 iyul 2025 , 13:43
Yamalın nəhayət 18 yaşı var: Futbolun "ən gənc"inin rekordları
14 iyul 2025 , 11:22
“Çelsi”yə kuboku Tramp təqdim etdi
14 iyul 2025 , 02:04