Azərbaycanın basketbol yığmasında istefa baş verib. Apasport.az saytının məlumatına görə, millinin baş məşqçisi Elxan Əliyev istefaya göndərilib.
Komandamızın uğursuz çıxışını nəzərə alan Azərbaycan Basketbol Federasiyası Əliyevi vəzifəsindən uzaqlaşdırmaq qərarına gəlib.
Qeyd edək ki, 2003-cü ildə yığma komandaya baş məşqçi təyin edilən Rimas Kurtinaytisin köməkçisi olmuş Elxan Əliyev litvalının gedişindən sonra onu əvəz etmişdi.