Azərbaycan kubokunda sürpriz olmadı
29 noyabr 2017 19:18 (UTC +04:00)

Azərbaycan kubokunda sürpriz olmadı

0

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, kubokun ikinci oyun günündə 6 qarşılaşma baş tutub.

 

İlk oyun günündə aşağı dəstə təmsilçiləri ilə görüşlərdə rahat qələbə qazanan “Neftçi” və “Qarabağ” kimi digər Premyer Liqa klublarının da çətinlik çəkəcəyi gözlənilmirdi.

 

Bu baxımdan yalnız “Səbail” rəqibin müqaviməti ilə üzləşib. “Şüvəlan”la matçda hesabda geri düşən Premyer Liqanın debütantı özündə güc taparaq, əzmkar qələbə qazanıb.

 

Elitanın digər təmsilçiləri də sürprizə imkan verməyiblər. “Keşlə” və “Kəpəz” 3 cavabsız qolla qalib gəliblər ki, bununla Ramiz Məmmədov və Yunis Hüseynov yeni komandalarında ilk qələbə sevinci yaşayıblar.

 

Həmçinin “Sumqayıt” və “Zirə” də aşağı dəstə təmsilçilərini 3:0 hesabı ilə məğlub ediblər.

 

“Qəbələ” isə “Mil-Muğan”ı “topa tutub”. “Qırmızı-qaralar” zəif rəqibinin qapısından 8 cavabsız top keçirib.

 

Bununla “Neftçi” və “Qarabağ”dan sonra Premyer Liqanın digər komandaları “Keşlə”, “Kəpəz”, “Sumqayıt”, “Zirə”, “Qəbələ” və “Səbail” Azərbaycan kubokunda 1/4 final mərhələsinə adlayıblar.

 

Azərbaycan kuboku

1/8 final

29 noyabr (çərşənbə)

 

“Zirə” – “Xəzər” - 3:0

Qollar: Vüsal İsgəndərli, 58, 83, Orxan Əliyev, 80

Hakimlər: Orxan Məmmədov, Roman Vasilyev, Məmmədəli Kərimov, Sərxan İsmayılov

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-inspektor: Məhəmməd Məmmədov

Zirə İdman Kompleksinin stadionu

“Zirə”: 85. Kamal Bayramov (k), 4. Vüqar Mustafayev, 9. David Manqa, 11. Viktor İqbekoyi, 13. Aleksandr Şemonayev, 21. Murad Səttarlı, 17. Vüsal İsgəndərli, 38. İlkin Muradov, 39. Sadiq Quliyev, 88. Milad Bayramov, 99. Nicat Qurbanov
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 3. Jozef Bum, 7. Sadio Tounkara, 10. Orxan Əliyev, 23. Yovan Krneta, 43. Riçard Qadze, 57. Kənan Zülfüqarov, 74. Yusif Nəbiyev, 87. Müşfiq İlyasov
Baş məşqçi: Ayxan Abbasov

“Xəzər”: 1. Tərlan Əhmədli, 7. Anar Babayev, 19. Əmrah Əliyev, 3. Xəyal Quliyev, 22. Müşfiq Teymurov, 4. İmran Təhmirazlı, 11. Elmir Rəhimzadə, 8. Fərid Səmədzadə (k), 14. Məhəmməd Məhəmmədov, 5. Vüsal Səfərov, 27. Sergey Markelov
Ehtiyat oyunçular: 12. Elçin Qasımov, 10. Şahin Baleljae, 17. Elmir Namazov, 18. Əbülfət Abbasov, 9.  Aslan Hüseynov, 21. Rəşad Orucov, 20. Haqverdi Həsənov, 23. Etibar Süleymanov, 16. Kənan Quliyev, 6. Mehman İbadov, 15. Rəsul  İbrahimov, 30. Namaz İsmayılov
Baş məşqçi: Rövşən Qasımov

 

“Sumqayıt” – “Sabah” - 3:0

Qollar: Kamal Mirzəyev, 49, Amil Yunanov, 68, 73

Hakimlər: Elvin Əsgərov, Vüsal Qənbərov, Elşən Acalov, Alik Yunusov

AFFA nümayəndəsi: Zamiq Hüseynov

Hakim-inspektor: Murad Məmmədov

Sumqayıt. Şəhər stadionu

“Sumqayıt”: 23. Mehdi Cənnətov, 5. Vüqar Bəybalayev, 6. Kamal Mirzəyev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 11. Ehtiram Şahverdiyev, 13. Bəhlul Mustafazadə, 14. Bəxtiyar Həsənalızadə (k), 19. Azər Salahlı, 28. Səbuhi Abdullazadə, 97. Xəyal Nəcəfov
Ehtiyat oyunçular: 36. Süleyman Süleymanov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov, 17. Fərid Kərimzadə, 18. Tural Axundov, 32. Rəşad Eyyubov, 90. Ramil Həsənov
Məşqçi: Seymur Rəhimov

“Sabah”: 13. Tərlan Qasımzadə, 14. İlqar Ələkbərov (k), 15. Elşad Manafov, 3. Şirməmməd Məmmədov, 55. Qeyrət Əliyev, 17. Eltun Hüseynov, 6. Əli Nuri Zanger, 5. Afin Bağırov, 16. Ülvi Kələşov, 10. Cavad Kazımov, 11. Bayram Nuruzadə
Ehtiyat oyunçular: 96. Elməddin Məmmədov, 25. Röyal Əlizadə, 44. Əli Əliyev, 4. Ruslan Cəfərov, 19. Murad İsmayılzadə, 97. Rəsul Babazadə, 7. Məhəmməd Alıyev
Baş məşqçi: Arif Əsədov

 

 

“Şüvəlan” – “Səbail” - 1:2

Qollar: Elvin Həsənəliyev, 10 - Aslan Hüseynov, 60, Ayron Stati, 78

Hakimlər: Fariz Yusifov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Fərid Məmmədov

AFFA nümayəndəsi: Namiq Məstanov

Hakim-inspektor: Füzuli Nəcəfov

“AZAL Arena”

“Şüvəlan”: 13. Əli Həsənli, 38. Mübarək Şaquliyev, 19. Hüseyn Axundov (k), 21. Eşqin Quliyev, 8. Mirkamil Həşimli, 9. Nuqzar Kvirtiya, 5. Vadim Abdullayev, 29. Əziz Quliyev, 10. Orxan Səfiyaroğlu, 23. Tural Nərimanov, 7. Elvin Həsənəliyev 
Ehtiyat oyunçular: 45. Əyyub Əliyev, 98. Fuad Bayramov, 6. Seyidrəzi Ağayev, 4. Qaraxan Əliyev, 22. Riad Abbaszadə, 55. Fariz Nəcəfov, 11. Şahin Əliyev, 17. Sənan Bayramzadə, 77. Fuad Məmmədzadə
Baş məşqçi: Aqil Nəbiyev

“Səbail”: 25. Elxan Əhmədov, 3. Tamazi Tsetsxladze, 4. Amit Quluzadə, 9. Raul Yaqubzadə, 13. Murad Musayev, 14. Yamin Ağakərimzadə, 15. Aslan Hüseynov, 20. Eltun Yaqublu (k), 23. Ayron Stati, 69. Renan Telles, 77.  Təyyar Məmmədov

Ehtiyat oyunçular: 22. Amirhossein Najafi, 5. Seymur Əsədov, 10. Nurlan Novruzov, 11. Elman Taqayev, 26. Kamal Qurbanov, 35. Eqdaras Zarskis, 66. Pərviz Qaraxanov, 88. Orxan Qurbanlı, 98. Kamran Əliyev 
Baş məşqçi: Samir Əliyev

 

MOİK – “Keşlə” - 0:3

Qollar: Adrian Skarlatake, 41, Mirsahib Abbasov, 65, Rafael Məhərrəmli, 80

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Habil Əliyev, Ramiz Məhərrəmov

AFFA nümayəndəsi: Seymur Səlimli

Hakim-inspektor: Şahin Cəfərov

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

MOİK: 1. Aydın Bayramov, 5. Cəmil Hacıyev, 45. Mehman Məmmədov, 4. Bilal Abbaszadə, 19. Cavid Həziyev, 25. Qərib İbrahimov, 20. İsmayıl İbrahimli, 10. Orxan Həsənov (k), 90. Tofiq Mikayılov, 11. Ruslan Nəsirli, 99. Bahadur Həziyev
Ehtiyat oyunçular: 12. İsmayıl Muradov, 85. İlkin Həsənli, 70. Elgün Abbaslı, 14. Ayaz Mehdiyev, 8. Fərid Əsədov, 17. Rəhman Musayev, 88. Əli Banişevski, 7. Mirkamil Əliyev, 77. Bəhruz Teymurov, 21. Kamil Nurəhmədov
Baş məşqçi: Aqil Məmmədov

“Keşlə”: 1. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 3. Denis Silva (k), 4. Slavik Alxasov, 7. Mirsahib Abbasov, 9. Pərdis Fərcad-Azad, 22. İlkin Qırtımov, 27. Adrian Skarlatake, 66. Murad Qayalı, 80. Rafael Məhərrəmli, 88. Məmməd Quliyev
Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 24. Fuad Bayramov, 33. Tərlan Quliyev, 39. Əlibəy Məmmədli, 40. Asif Vəliyev, 46. Əsəd Məsimov, 53. Emil Əliyev, 58. Sinan Akkoyun, 77. Oleq Hüseynov, 97. Vüqar Həsənov, 99. Ricat Qarayev
Baş məşqçi: Ramiz Məmmədov

 

“Kəpəz” – “Binə” - 3:0

Qollar: İlyas Səfərzadə, 65, 71, Şəhriyar Rəhimov, 82

Hakimlər: Nail Nağıyev, Rza Məmmədov, Akif Əmirəli, Qorxmaz Eldarov

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Xaqani Məmmədov

“Dalğa Arena”

“Kəpəz”: 1. Davud Kərimi, 3. Dedimar Fereyra, 13. Şəhriyar Rəhimov (k), 18. Tural Cəlilov, 4. Şəhriyar Əliyev, 5. Kərim Diniyev, 11. Kamran Abdullazadə, 10. Tural Rzayev, 12. İlyas Səfərzadə, 6. Ceyhun Cavadov, 9. İlkin Sadıqov

Ehtiyat oyunçular: 22. Ruzi Qiyaslı, 26. Ba Mansur Aladji, 20. Samba Dialo, 2. Yusif Cəfərov, 21. Novruz Məmmədov, 19. Aydın Qasımov, 15. Azad Kərimov, 16. Azər Məmmədov, 7. Sergey Çernişev
Baş məşqçi: Yunis Hüseynov

“Binə”: 45. Ramil Kərimov, 97. Fərid Abbaslı, 14. Elmir Məmmədov (k), 99. Cəmil Rəhimli, 24. Emin Cəfərquliyev, 8. Ture Morifere, 70. Ülvi Süleymanov, 10. Timur Dadaşov, 27. Bəxtiyar Soltanov, 17. Elmin Çobanov, 77. Renat Aşurov
Ehtiyat oyunçular: 1. Səbuhi Əliyev, 11. Vüsal Nağıyev, 7. Mənsur Nəhavəndi, 4. Elçin Əlicanov, 72. Elvin Mirzəyev, 9. Bəhlul Əliyev, 12. Əli Meskini, 21. Armin Azizi
Baş məşqçi: Mehman Babayev

 

“Qəbələ” – “Mil-Muğan” - 8:0

Qollar: Cavid Hüseynov, 30-pen., Ruslan Qurbanov, 42, Filip Ozobiç, 45+1, 58, 85, Ülvi İsgəndərov, 52, Ekiqo Ehiosun, 73, Hacıağa Hacıyev, 84

Hakimlər: Ziya Nəsirov, Cavanşir Yusifov, Elman Kərimov, Kərim Kərimov

AFFA nümayəndəsi: Erkin Hüseynov

Hakim-inspektor: Əhmədağa Cabbarov

Qəbələ şəhər stadionu

“Qəbələ”: 23. Aqil Məmmədov, 3. Vojislav Stankoviç, 10. Ruslan Qurbanov, 12. Endi Hallidey, 14. Cavid Hüseynov (k), 18. İlqar Qurbanov, 19. Filip Ozobiç, 29. Hacıağa Hacıyev, 34. Ürfan Abbasov, 45. Famussa Kone, 90. Ekiqo Ehiosun
Ehtiyat oyunçular: 22. Dmitri Bezotosnı, 35. Murad Popov, 4. Elvin Camalov, 6. Elvin Məmmədov, 8. Qismət Alıyev, 9. Baqali Dabo, 11. Asif Məmmədov, 17. Roman Hüseynov, 32. Amin Seydiyev, 70. Ülvi İsgəndərov, 88. Tellur Mütəllimov
Baş məşqçi: Roman Qriqorçuk

“Mil-Muğan”: 25. Çərkəz Həsənov, 8. Anar Babazadə, 10. Samir Babayev (k), 14. Elnur Məmmədov, 4. Allahverdi Fərzəliyev, 23. Comərd Baxışəliyev, 18. Vüqar Asəliyev, 9. Elxan Məmmədov, 19. Elməddin Hüseynzadə, 20. İlqar Hüseynov, 7. Bayram Əliyev

Ehtiyat oyunçular: 1. Şöhlət Rəhimov, 44. Osman Osmanov, 11. Böyükağa Əhmədov, 32. Coşqun Kərimli, 3. Vasif Mehrəliyev, 6. Nicat Fərəcli
Baş məşqçi: Xalıq Mustafayev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 327

Oxşar yazılar