Azərbaycan 2012-ci ili Küveytlə Bəhreyn arasında başa vurdu
19 dekabr 2012 13:52 (UTC +04:00)

Azərbaycan 2012-ci ili Küveytlə Bəhreyn arasında başa vurdu

FİFA dünya yığmalarının növbəti reytinq cədvəlini açıqlayıb. Lent.az-ın məlumatına görə, Azərbaycan milli komandası 2012-ci ilə 118-ci pillədə yekun vurub.

 

Millimiz ötən ayla müqayisədə 5 pillə irəliləyib. Hazırda komandamızın aktivində 277 xal var. Siyahıda ölkəmiz Küveytlə (281 xal) Bəhreyn (275 xal) arasında göstərilib.

 

Yığmamızın 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqiblərindən Portuqaliya 3 pillə geriləyib. Hazırda 1144 xala malik pireneylilər 7-ci pillədədir. Rusiya 1070 xalla 9-cu, İsrail 454 xalla 78-ci pillədə qalıb. 4 pillə irəliləyən Şimali İrlandiya 367 xalla 96-cı, 4 pillə geriləyən Lüksemburq isə 172 xalla 148-cidir.

 

 

Qeyd edək ki, siyahının ilk 3 pilləsində dəyişiklik baş verməyib. İspaniya 1606 xalla 1-ci, Almaniya 1437 xalla ikinci, Argentina isə 1165 xalla 3-cü yerdədir. Türkiyə millisi isə 2 pillə geriləyib və 627 xalla 40-cı mövqeyə enib.    

 

# 924
avatar

Oxşar yazılar