Argentina yığmasının yeni baş məşqçisi bəlli oldu
02 avqust 2016 03:07 (UTC +04:00)

Argentina yığmasının yeni baş məşqçisi bəlli oldu

0

Braziliyanın “San-Paulu” klubuna rəhbərlik edən Edqardo Bausa Argentina yığmasının yeni baş məşqçisi təyin edilib.

 

APA-nın xəbərinə görə, bu barədə İspaniyanın “As” nəşri yazıb.

 

58 yaşlı mütəxəssis Amerika Kubokunun finalından sonra vəzifəsindən istefa verən Herardo Martinonu əvəzləyəcək. Yaxın günlərdə E.Bausanın təyinatına dair rəsmi açıqlama veriləcək.

 

Qeyd edək ki, Edqardo Bausa 2008-ci ildə Ekvadorun “Kito”, 2014-cü ildə isə Argentinanın “San-Lorenso” klubu ilə Libertadores Kubokunun qalibi olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 284

Oxşar yazılar