Qazaxıstan Premyer Liqasında XX tura start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeydanın komandası “Astana” “Atırau”nu qəbul edib.
Liderlə autsayderin duelində meydan sahibləri qalib gəlib. Hər hissədə rəqib qapısından 1 top keçirən “Astana” 2:0 hesablı qələbəyə sevinib. Start heyətində meydana çıxan Almeyda 90 dəqiqəni əvəzedilmədən keçirib. Ötən mövsümü icarə əsasında “Qarabağ”da keçirən Pedro Enrike isə ehtiyatda qalıb.
Qeyd edək ki, 21 oyunda 53 xal toplayan “Astana” turnir cədvəlinə başçılıq edir. 44 xalla ikinci sırada qərarlaşan “Kayrat” 19 görüşdə meydana çıxıb.