2013-cü il Afrika Millətlər Kubokunun qalibi müəyyənləşib. Lent.az-ın məlumatına görə, Nigeriya yığması tarixində 3-cü dəfə “qara qitə”nin ən güclüsü sayılıb.
Bu komanda finalda Burkina Fasoya minimal hesabla qalib gəlib – 1:0. Yeganə topu 40-cı dəqiqədə Sandi Mba vurub.
Qeyd edək ki, Nigeriya millisi əvvəllər 1980 və 1994-cü illərdə Afrika Millətlər Kubokunun qalibi, 2002, 2004, 2006 və 2010-cu illərdə bürünc mükafatçı olub. Burkina Faso isə tarixində ilk dəfə finalda çıxış edib.