Çempionlar Liqasında daha iki yarımfinalçının adı müəyyənləşib. Apasport. az saytının məlumatına görə, ötən mövsümün finalçıları “Real” və “Atletiko” kimin güclü olduğuna aydınlıq gətirib.
“Visente Kalderon”da qolsuz heç-heçədən sonra “kral klubu” cütün favoriti təsiri bağışlayırdı. Lakin bir neçə əsas futbolçusunun zədələnərək sıradan çıxması “Real”ın işini müşkülə çevirib. Qaret Beyl, Luka Modriç və Benzemanın yaşadıqları problemlər belə, meydan sahiblərinin arzularını ürəyində qoymayıb. Gərgin qarşılaşmada görüşün taleyini yalnız bir qol həll edib. Bu top isə "Real"ı yarımfinala daşıyıb.
Digər 1/4 finalın cavab matçında “Yuventus” səfərdə “Monako”ya qarşı mübarizə aparıb. Turində knyazlıq təmsilçisinə minimal hesabla qalib gələn “qoca sinyora” yarımfinala yüksəlmək əzmində idi. Bundan əvvəlki etapda “Arsenal”a “sürpriz” yaşadan “Monako” “Yuventus” ev oyununda qolsuz heç-heçəyə razılaşıb. Bununla da, yarımfinala yüksəlmək eyniadlı şəhərin klubuna müyəssər olmayıb.
Çempionlar Liqası, 1/4 final, cavab oyunları
"Real" - "Atletiko" - 1:0
Qol: Xavier Hernandez, 88
İlk oyun: 0:0
"Monako" - "Yuventus" - 0:0
İlk oyun: 0:1