"Qalatasaray"ı oyun alqı-satqısına görə məhkəməyə verdilər
21 may 2015 14:28 (UTC +04:00)

"Qalatasaray"ı oyun alqı-satqısına görə məhkəməyə verdilər

 

Türkiyənin “Qalatasaray” klubu oyun alqı-satqısı ilə bağlı məhkəməyə verilib. Lent.az-ın Türkiyə KİV-lərinə istinadən məlumatına görə, “Beşiktaş” klubunun azarkeşləri bununla bağlı İstanbul Baş Prokurorluğuna müraciət edib. Onlar ötən həftə keçirilən “Qalatasaray”- “Gənclərbirliyi”( 1:0) qarşılaşmasında qonaq komandanın bilərəkdən uduzduğu qənaetindədir.

 

Belə ki, “Gənclərbirliyi” klubunun prezidenti öz açıqlamalarında “Qalatasaray”ın azerkeşi olduğunu, liqada “Gənclərbirliyi” çempion ola bilməyəcəyi təqdirdə “Qalatasaray”ın olmasını istədiyini bildirib.

 

Şikayətçilər oyun zamanı ankaralıların qolkiperi Fərhadın bilərəkdən qol buraxdığını və “Qalatasaray”ın keçmiş futbolçusu Stancunun son dəqiqədə təkbətək epizodda topu bilərəkdən qapıçının üstünə yavaşça atdığını iddia ediblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 133
avatar

Səlcuq Elçin

Oxşar yazılar