"Neftçi" braziliyalı futbolçu transfer edib
22 sentyabr 2015 18:09 (UTC +04:00)

"Neftçi" braziliyalı futbolçu transfer edib

“Neftçi” klubu braziliyalı müdafiəçi transfer edib. Lent.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “Neftçi”  Jairo Rodriges Filyo ilə müqavilə imzalayıb. Anlaşmaya əsasən, braziliyalı futbolçu ilin sonunadək komandamızın şərəfini qoruyacaq. Filyo “Neftçi”də 3 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 31 dekabr 1992-ci ildə Braziliyada dünyaya göz açmış Jairo Rodriges Filyo bunadək Braziliyanın “Amerika” (2011-2012), Bolqarıstanın “Botev” (2012-2014) və Portuqaliyanın “Trofense” (2014-2015) klublarında çıxış edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 199
avatar

Oxşar yazılar