“Neftçi” qış fasiləsində ilk transferini rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” “Qəbələ”nin qapıçısı Aqil Məmmədovu heyətə cəlb ediblər.
Tibbi baxışdan uğurla keçən milli komandamızın qolkiperi bu gün “Neftçi” ilə rəsmi müqaviləyə qol çəkib. Anlaşmanın müddəti ilkin olaraq 5 aylıq nəzərdə tutulub. Lakin sözləşmədə yer alan bəndə görə, Aqil bu müddətdə özünü yaxşı tərəfdən göstərsə, yayda müqavilə müddəti daha 1 illik uzadılacaq.
“Neftçi” Məmmədov üçün yad komanda deyil. 28 yaşlı çərçivə qoruyucusu 2015/2016 mövsümündə paytaxt klubunun formasını geyinib.
Qeyd edək ki, “Neftçi” qış fasiləsində Pavel Dreksa, Rahil Məmmədov, Aqşin Qurbanlı, Fəhmin Muradbəyli, Məqsəd İsayev, Maksim Vaylo, Təyyar Məmmədov və Edson Kastilyo ilə yolları ayırıb.