"Fənərbaxça"nın avtobusunda bomba axtarışı
18 may 2015 21:02 (UTC +04:00)

"Fənərbaxça"nın avtobusunda bomba axtarışı

0

"Fənərbaxça"nın Türkiyə superliqasında "Mersin İdmanyurdu"na 1:0 hesabı ilə qalib gəldiyi matçdan sonra klubun avtobusunda axtarış aparılıb.

 

Lent.az-ın “qol.az”-a istinadən məlumatına görə,  avtobusda bomba olduğu xəbəri polisləri hərəkətə keçirib.

 

Xüsusi təlim görmüş itlərin vasitəsi ilə həyata keçirilən əməliyyatda heç nə tapılmayıb.

 

Klubun nümayəndəsi Mahmut Uslu məlumatı təsdiqləyib: "Axtarışın hansı səbəbdən aparıldığı haqda məlumatımız yoxdur. Onu polisdən soruşmaq lazımdır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 318

Oxşar yazılar