Türkiyənin “Fənərbaxça” klubu Çempionlar Liqasının III təsnifat mərhələsinin “Monako” ilə cavab matçına ciddi itki ilə çıxacaq.
Qol.az-ın Türkiyə mətbuatına isttinadən yaydığı xəbərə görə, komandanın qol silahı Robin Van Persi zədə səbəbindən bu vacib səfər oyununu buraxacaq.
Qeyd edək ki, sözügedən qarşılaşma avqustun 3-də keçiriləcək. Komandalar arasında keçirilən ilk oyun İstanbul klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.