<span style="color:red;">Çempionlar Liqası:  “Real” 10-cu dəfə qalib oldu
25 may 2014 12:17 (UTC +04:00)

Çempionlar Liqası: “Real” 10-cu dəfə qalib oldu

Çempionlar Liqasında 2013/14 mövsümünün qalibi bəlli oldu.

Lent.az-ın məlumatına görə, Portuqaliyanın paytaxtı Lissabonda Madridin iki təmsilçisi - “Atletiko” ilə “Real” qarşılaşıb. Oyun kral klubunun qələbəsi ilə başa çatıb.

Bununla da “Real” tarixində 10-cu dəfə qitənin ən nüfuzlu turnirinin qalibi oldu.

 
"Real" (Madrid, İspaniya) - "Atletiko" (Madrid, İspaniya) - 4:1 (Əlavə vaxt) 
 

Qollar: Dieqo Qodin, 36 (0:1), Ramos, 90+3 (1:1), Qaret Beyl, 111 (2:1) Marselo, 117 (3:1), Ronaldo 119 (4:1)

 

Baş hakim: Byorn Kuypers (Hollandiya)

 

Lissabon (Portuqaliya). “Da Luj” stadionu

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2204
avatar

Oxşar yazılar