“Çelsi”nin yarımmüdafiəçisi Eden Azar rəhbərliyin yeni müqavilə təklifini qəbul etməyib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu barədə məlumatı belçikalının atası Tyerri Azar verib.
Son vaxtlar tez-tez zədələndiyi üçün ideal formasını bərpa edə bilməyən Azarın “Çelsi”yə “yox” deməsinin səbəbi “Real”la əlaqələndirilir. Belə ki, “kral klubu” ulduz futbolçunu heyətinə qatmaqda maraqlıdı.
Futbolçunun atası da “Real” variantını istisna etməyib: “Deyə biləcəyim tək şey Edenin yeni müqavilə təklifini qəbul etməməsidi. Bununla o, “Real”ın marağına qarşılıq verə bilər. Ancaq hələ ki, İspaniya klubu ilə danışıq olmayıb”.
Qeyd edək ki, Eden Azar bir müddət əvvəl “Real”ı tərifləyərək, Zinəddin Zidanla birlikdə çalışmağın onun üçün qürurverici ola biləcəyini söyləmişdi.