[b]Türkiyə futbolunda tımizləmə: 94 nəfər işdən qovuldu[/b]
03 avqust 2016 04:54 (UTC +04:00)

[b]Türkiyə futbolunda tımizləmə: 94 nəfər işdən qovuldu[/b]

Türkiyə Futbol Federasiyası çevrilişə cəhdlə bağlı aparılan istintaq çərçivəsində 94 əməkdaşının işindən kənarlaşdırıldığını bildirib.

 

“Türkiyə Futbol Federasiyası hakimlər, onların müavinləri, Regional Hakimlər Komitəsinin üzvləri və müşahidəçilər daxil olmaqla, ümumilikdə 94 əməkdaşını işindən kənarlaşdırıb”, - deyə qurumun məlumatında bildirilir.

 

Bundan əvvəl Türkiyənin baş naziri Binəli Yıldırım ölkədə hərbi çevriliş cəhdindən sonra 58 611 nəfərin işindən kənarlaşdırıldığını və 3 499 nəfərin istefaya göndərildiyini bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 431
avatar

Oxşar yazılar