<b>Azərbaycan voleybol yığması dağıla bilər</b>
02 avqust 2016 18:51 (UTC +04:00)

Azərbaycan voleybol yığması dağıla bilər

Kişi voleybolçulardan ibarət Azərbaycan yığması fəaliyyətini dayandıra bilər. Bu barədə məlumatı apasport.az saytına millimizin üzvləri veriblər.

 

Belə ki, voleybolçular onlara diqqət ayrılmamağından narazıdılar. Son 2 ayda məşq etməyən, aylardı maaş almayan komanda üzvləri buna son qoyulmasını istəyirlər.

 

Onlar bu xahişlə Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin (MOK) prezidenti İlham Əliyevə məktub ünvanlayıblar.

 

Komanda ölkə rəhbərliyindən onlara yardım etməsini istəyib: “Komandamız 2002-ci ildə yaradılıb. Bu yığmanın yerli kadrlar hesabına inkişaf etdirilməsinə əminik. Yarışlara çıxa bilməməyimizin əsas səbəblərindən biri vaxtında məşqlər etməməyimizdi. Bu tək insanlara vurulan maddi yox, həm də mənəvi zərbədi. İllərdi ölkədə peşəkar səviyyədə yarışlar keçirilmir. Keçirilən “çempionat”ın iştirakçıları hazırda voleybolla məşğul olan və bu gün bizlərin yaşadığı problemlər səbəbindən karyerasını bitirmiş insanlardı”.

 

Məktubda Voleybol Federasiyasının rəhbərinə edilən müraciətlərin cavabsız qaldığı vurğulanıb. Həmçinin, forma sarıdan da çətinlik yaşadıqlarını qeyd edən milli üzvləri bu problemlərin yoluna qoyulmasını xahiş edib.

 

Məktubun surəti gənclər və idman naziri Azad Rəhimova, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadəyə və Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayevə də göndərilib.

 

Qeyd edək ki, yığmamız mayda Avropa çempionatının I təsnifat mərhələsini zamanı da problemlə üzləşmişdi. Lakin Gənclər və İdman Nazirliyi, həmçinin Voleybol Federasiyasının işə qarışmasından sonra yarışa getməkdən imtina edən komanda son anda fikrindən daşınmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 299
avatar

Oxşar yazılar