Püşk "Qarabağ"-ın üzünə güldü
23 iyun 2014 16:05 (UTC +04:00)

Püşk "Qarabağ"-ın üzünə güldü

Bu gün Çempionlar Liqasının 2014/15 mövsümünün ilk 2 təsnifat mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə Avropanın 37 ölkəsinin çempionlarının rəqibləri müəyyənləşib.

 

Bakı vaxtı ilə saat 15.00-da başlayan mərasimdə Azərbaycanın ən yaxşısı “Qarabağ” da öz rəqibinin adını bilib. II təsnifat mərhələsindən mübarizəyə qatılacaq Topaz Premyer Liqasının son qalibi qitənin ən mötəbər klub turnirində debüt matçına Maltada çıxacaq. Qurban Qurbanovun yetirmələri mərhələ adlamaq üçün “Valletta” ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, ən aşağı reytinqli 6 komanda isə ilkin təsnifat mərhələsindən mübarizəyə qoşulacaq. Bu mərhələnin 3 qalibi isə 31 kluba qatılacaq.
 

I təsnifat mərhələsi (1-2 və 8-9 iyul)
 

1. “Santa Koloma” (Andorra) - “Banants” (Ermənistan)

2. “Linkoln” (Cəbəllütariq) - “Torshavn” (Farer adaları)

3. “La Fiorita” (San-Marino) - “Levadiya” (Estoniya)

 

II təsnifat mərhələsi (15-16 və 22-23 iyul)
 

“Zrinski” (Bosniya və Herseqovina) - “Maribor” (Slovaniya)

“Şerif” (Moldova) - “Sutyeska” (Monteneqro)

BATE (Belarus) - “Skenderbeu” (Albaniya)

“Dinamo” (Gürcüstan) - “Aktobe” (Qazaxıstan)

“Makkabi” (Təl-Əviv, İsrail) – 1-ci cütün qalibi

“Sparta” (Çexiya) - 3-cü cütün qalibi

“Malmö” (İsveç) - “Ventspils” (Latviya)

“Slovan” (Slovakiya) - TNS (Uels)

“Seltik” (Şotlandiya) - “Reykyavik” (İslandiya)

“Kliftonvill” (Şimali İrlandiya) - “Debretsen” (Macarıstan)

“Partizan” (Serbiya) - 2-ci cütün qalibi

“Valletta” (Malta) - “QARABAĞ” (AZƏRBAYCAN)

“Stromsqodset” (Norveç) - “Styaua” (Rumıniya)

“Legiya” (Polşa) - “Sent Patriks” (İrlandiya)

“Rabotniçki” (Makedoniya) - HİK (Finlandiya)

“Dinamo” (Xorvatiya) - “Jalgiris” (Litva)

“Ludoqorets” (Bolqarıstan) - “Düdelanj” (Lüksemburq)

 

Qeyd edək ki, ilk təsnifat mərhələsinin oyunları iyulun 1-2-də, cavab görüşləri 8-9 iyulda keçiriləcək. "Qarabağ"ın da qatılacağı ikinci təsnifat mərhələsinin görüşləri isə 15-16 və 22-23 iyul tarixlərində baş tutacaq 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1859
avatar

Oxşar yazılar