“Neftçi” klubu Futbol Akademiyasının qapıçılar üzrə məşqçisi Hüseyn Məhəmmədovla müqaviləyə xitam verib. Lent.az xəbər verir ki, klubun mətbuat xidmətindən qol.az-a verilən məlumata görə, buna məşqçinin mərc oyunlarında iştirakı səbəb olub.
Müqavilədə klubdaxili qaydalara əsasən mərc oyunlarında iştirak etməmək haqqında bənd yer alsa da, Məhəmmədov buna riayət etməyib.
Qeyd edək ki, H.Məhəmmədov ötən ilin iyun ayından “Neftçi”nin yeniyetmə qapıçılarını çalışdırırdı.